Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak oldu

Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak oldu

Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.

 

Posta.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.

 

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfər ölüb. Qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.