Bakıda “Toyota Prius” qəza nəticəsində səkiyə çıxdı - FOTO

Bakıda “Toyota Prius” qəza nəticəsində səkiyə çıxdı - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az bildirir ki, hadisə Bakının Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində olub.

Hərəkətdə olan “Toyota Prius” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində hər iki maşına ziyan dəyib.

“Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil səkiyə çıxıb.