Zelenskidən nazirin həlak olduğu qəza ilə bağlı GÖSTƏRİŞ

Zelenskidən nazirin həlak olduğu qəza ilə bağlı GÖSTƏRİŞ

Ukrayna Prezidenti Volodimir Zelenski Brovarı şəhərində helikopterin qəzaya düşməsi ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

 

Posta.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz rəsmi "Telegram" kanalında paylaşıb.

 

 

Zelenski, həmçinin qəzada daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin, DİN-in dövlət katibi Yuri Lubkoviç, eləcə də nazirliyin digər əməkdaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

 

Qeyd edək ki, helikopter qəzası nəticəsində 18 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.