Tənqidlərə tuş gələn nazir istefa verdi

Tənqidlərə tuş gələn nazir istefa verdi

Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.
 

Posta.az xarici mediaya istinadən xəbər verir ki, nazir rəsmi olaraq kansler Olaf Şoltsdan onu vəzifəsindən azad etməyi xahiş edib.

 

Xatırladaq ki, Kristin Lambrext bu yaxınlarda sosial media hesabında yayımladığı videomesaja görə tənqidlərə tuş gəlib. O, Berlində Yeni il şənliyi zamanı paylaşdığı videoda "Avropanın ortasında müharibə gedir, ondan xüsusi təəssüratlar ala bildim" deyib, bu zaman arxa planda atəşfəşanlığın görünməsi birmənalı qarşılanmayıb. Nazir ​Ukraynadakı müharibənin “xüsusi təcrübələrə” və “maraqlı insanlarla görüşlərə” səbəb olduğunu bildirərək təşəkkür edib. Almaniya mətbuatı və müxalifət nazirin bir dəqiqəyə yaxın davam edən videomesajını “cəfəngiyyat və mənasız” adlandıraraq onu istefaya çağırıb.

Posta.az xarici mediaya istinadən xəbər verir ki, nazir rəsmi olaraq kansler Olaf Şoltsdan onu vəzifəsindən azad etməyi xahiş edib.

Alman nazirin tənqid olunduğu yeganə məsələ bu deyil. Onun daha öncə də 21 yaşlı oğlunu alman ordusuna aid helikopterlə səyahətə apardığı üzə çıxıb. Bundan sonra 5 min insan arasında keçirilən sorğuda respondentlərin 77 faizi Lambrextin vəzifədən azad olunmasını dəstəkləyib. 

 

Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə mümkün namizəd olaraq Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Zimtye Möller, Almaniyanın əmək və sosial məsələlər naziri Hubertus Hayl, Bundestaqın hərbi personal üzrə komissarı Eva Höql, Federal kanslerin departament rəhbəri Volfqanq Şmidt və SPD-nin həmsədri Lars Klinqbeyl göstərilir.