Şahruddin Məhəmmədəliyevin sıradan çıxmasından sonra “Qarabağ” klubu qapıçı axtarışındadır.
Posta.az Report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Zirə”nin dəri əlcək sahibi Mehdi Cənnətov və “Səbail”in qolkiperi Emil Balayevlə maraqlanır.
Rəhbərlik hazırda Cənnətov və Balayev adları üzərində dayanıb. “Qarabağ” qış fasiləsində adıçəkilən qapıçılardan birini mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Emil Balayev 2016/2017 mövsümünün ilk yarısını və 2020-2022-ci illəri “Qarabağ”ın heyətində olub.