Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Taysona qarşı zorlama ittihamı irəli sürülüb.
Daily Mail yazır ki, 5 milyon dollarlıq iddiada yazılıb ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.
Qadın iddia edir ki, boksçu onu limuzində zorlayıb.
“Mayk Taysonun hərəkətləri fiziki, psixoloji və emosional travma almağıma səbəb olub”, - məhkəməyə təqdim edilən iddiada yazılıb.
Məhkəmə M.Taysona altı illik həbs cəzası versə də, sabiq boksçu üç ildən sonra azadlığa çıxa bilmişdi.
Sfera.az