Mərkəzi Banka gətirilən Umeyra İbrahimova kimdir?

Mərkəzi Banka gətirilən Umeyra İbrahimova kimdir?

Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.

 

Posta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu vəzifəyə təyin olunan İbrahimova Umeyra Fərhad qızının əvvəlki iş yeri "PAŞA Bank” ASC-də Beynəlxalq bazarlar şöbəsinin müdiri vəzifəsi olub.

 

1987-ci il təvəllüdlü Umeyra İbrahimova 2004-cü ildə Yasamal rayonundakı 20 saylı orta məktəb-liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinə daxil olub. 2008-2010-cu illərdə Mərkəzi Avropa Universitetində magistr təhsili alıb.

 

İş həyatına 2012-ci illərdə "PASHA Capital” QSC-də broker kimi başlayıb. 2016-cı ildən 2021-ci ilə kimi "PAŞA Bank”ın Xəzinədarlıq departamentində mütəxəssis kimi çalışıb.