İnflyasiya Azərbaycanda alış-verişə əngəl olmayıb - RƏQƏMLƏR

İnflyasiya Azərbaycanda alış-verişə əngəl olmayıb - RƏQƏMLƏR

Bu il Azərbaycanda yüksək inflyasiyanın qeydə alınmasına baxmayaraq, pərakəndə ticarətin dövriyyəsi azalmayıb, əksinə bir qədər də artıb.


Posta.az Sfera.az-a istinadən xəbər verir ki, 2022-ci ildə ticarət müəssisələrində 52,2 milyard manat dəyərində ərzaq və qeyri-ərzaq malları satılıb. Satılan malların 29,4 milyard manatı ərzaq, içkilər və tütün məmulatları, 22,8 milyard manatı qeyri-ərzaq malları olub.


2021-ci illə müqayisədə satılan malların miqdarı 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatların miqdarı 2,3 faiz, qeyri-ərzaq malları isə 4 faiz artıb. 


Əhalinin ticarət xərcləri bazar qiymətləri ilə ifadədə daha çox artıb. 2021-ci illə müqayisədə xərclər 7,98 milyard manat, yəni 18 faiz artıb. 

Posta.az Sfera.az-a istinadən xəbər verir ki, 2022-ci ildə ticarət müəssisələrində 52,2 milyard manat dəyərində ərzaq və qeyri-ərzaq malları satılıb. Satılan malların 29,4 milyard manatı ərzaq, içkilər və tütün məmulatları, 22,8 milyard manatı qeyri-ərzaq malları olub.

Ərzaq xərcləri 5,4 milyard manat (22,5 faiz), qeyri-ərzaq malları 2,6 milyard manat (10,8 faiz) artıb. 


Ötən il əhalinin ticarət xərclərindəki artım sürəti qiymətlərdəki artım sürətini ötüb. 


Xərclərin yüksək inflyasiyaya baxmayaraq, daha çox artması əhalinin gəlirlərinin yüksək olması ilə bağlıdır. Ötən il əhalinin nominal gəlirləri 21 faiz artıb ki, bu da illik inflyasiyadan 7 faiz yüksəkdir. 


Gəlirlərin inflyasiyadan xeyli yüksək olması əhalinin daha çox xərcləməsinə imkan verib.