Babadağda həlak olduğu bildirilən şəxsin meyiti tapılmayıb - FHN

Babadağda həlak olduğu bildirilən şəxsin meyiti tapılmayıb - FHN

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcəkdir.