Məşhur müğənni 50 yaşında ata oldu - FOTO

Məşhur müğənni 50 yaşında ata oldu - FOTO

Türkiyəli məşhur müğənni Ozan Orhon ikinci dəfə ata olub.

 

Posta.az Türkiyə mətbuatına istinadən bildirir ki, 50 yaşlı müğənninin qız övladı dünyaya gəlib. İfaçı qızına Dəniz adını qoyub.

 

İkinci dəfə ata olmaq həyəcanını yaşayan müğənni xoş arzulara görə sevənlərinə təşəkkür edib.

 

Xatırladaq ki, Ozon Orhon Kipr səfəri zamanı təyyarədə tanış olduğu stüardessa Selcan Demirci ilə 2021-ci ildə ailə həyatı qurub.

 

1997-ci ildə Ebru Şallı ilə ailə quran sənətçi bir il sonra boşanıb. O, 2000-ci ildə model Yeşim Erçetinlə ikinci evliliyini edib. Bu evlilikdən Lara Yağmur adlı qızı olan sənətçi 2003-cü ildə Erçetinlə də yollarını ayırıb. 2014-cü ildə Birgül Orhonla nikah masasına əyləşən Ozon Orhon bu evlilikdə də axtardığını tapa bilməyib və boşanıb.