\"Məni ətəkdə gördükləri üçün...\" - Cinsiyyətini dəyişdirən aktyordan \"Şahmaran\" serialı ilə bağlı iddia

\

"Çukur" serialındakı "Timsah Celil" obrazı ilə tanınan və cinsiyyət dəyişikliyi əməliyyatına görə geniş müzakirə olunan aktyor Meli Bendeli yenə gündəmə gəlib.

 

Posta.az xəbər verir ki, “Netflix”in maraqla gözlənilən serialı “Şahmaran” haqqında açıqlama verən aktyor diqqət çəkən iddialar səsləndirib.

 

Bendeli serial üçün ilk dəfə ona təklif gəldiyini iddia edib.

 

"”Netflix”in yeni serialı üçün mənə də rol təklifi gəldi. Amma məni çöldə ətəkdə gördükləri üçün fikirlərindən daşındılar. Müqavilə ləğv edildi.  Ölkədəki sənət ictimaiyyəti budur. Bu da “Netflix”in yeni işi!”, deyə o qeyd edib.

 

Xatırladaq ki, aktyorun cinsiyyət dəyişməmişdən əvvəlki adı Ahmet Melih Yılmaz olub.