“Kurtlar Vadisi” və “EDHO”nun məşhur aktyorunun barmaqları sındı – FOTO

“Kurtlar Vadisi” və “EDHO”nun məşhur aktyorunun barmaqları sındı – FOTO

Türkiyənin məşhur aktyoru Mesut Akusta qəzaya düşüb.

 

Posta.az xəbər verir ki, serialın çəkilişi vaxtı dişi yerindən çıxan aktyorun başına gələnlər bununla bitməyib. O, həkimə getdiyi avtomobildən enərkən yerə yıxılıb, sürücü isə arxaya baxmadan maşını idarə etdiyi üçün aktyorun 3 barmağı maşının təkəri altında qalıb. Barmaqları qırılan ustad aktyorun əli gipsə salınıb.

 

Mesut Akusta Azərbaycan tamaşaçısına “Kurtlar Vadisi Pusu”  və “Eşkiya Dünyaya Hükümdar Olmaz” seriallarından tanışdır.