Saxta avtomobil nömrəsi hazırlayan şəxs tuutldu - FOTO/VİDEO

Saxta avtomobil nömrəsi hazırlayan şəxs tuutldu - FOTO/VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq avtomobillərin dövlət qeydiyyat nömrəsini hazırlayıb satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Posta.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Asif Yusifov istifadəsiz avtomobil qeydiyyat nişanlarının üzərindəki simvolları pozaraq yenisi ilə əvəz edib. Şübhəli şəxsin emalatxanasına baxış keçirilərkən bir neçə dövlət qeydiyyat nömrəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Baş idarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.