Naxçıvanın yeni FHN rəhbəri KİMDİR?

Naxçıvanın yeni FHN rəhbəri KİMDİR?

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə polkovnik Şahin Mirzəyev təyin edilib.

 

Posta.az Modern.az-a istinadən bildirir ki, Şahin Mirzəyev daha əvvəl Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi olub.

 

 

Azərbaycan Texniki Universitetini bitirib.

 

Ailəlidir, 2 övladı var.