Ötən gün Azadlıq Hərəkatının fəallarından olan Nemət Pənahlı Müsavat TV-nin efirində başıüstə dayanıb. Video sosial mediada sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. N.Pənahlının bu davranışını qınayanlar, sözügedən hərəkətin etikadan kənar olduğunu deyənlər isə sosial şəbəkələrdə üstünlük təşkil edib.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hər siyasətçinin özünü fərqli formada reklam etdiyini bildirib:
S.Cəlaloğu videogörüntünün məqsədli şəkildə, gündəmi dəyişmək üçün yayıldığını iddia edib:
“Nemət Pənahlının son davranışı nə üçün müzakirəyə səbəb olub, anlamıram. Çünki bu davranış cəmiyyət üçün nə isə ehtiva etmir. Qarşıdan 20 Yanvar faciəsinin ildönümü gəlir və həmin dövrlərdə Nemət Pənahlı aktiv fəaliyyət göstərənlərdən olub. Ölkədə, dünyada çox ciddi proseslər gedir, lakin boş bir məsələ insanlar tərəfindən müzakirə edilir. Görünür ki, bu görüntülər gündəmi dəyişmək üçün ortaya atılıb”.