30 il axtarışda olan mafiya başçısı getdiyi klinikada belə həbs edildi - VİDEO

30 il axtarışda olan mafiya başçısı getdiyi klinikada belə həbs edildi - VİDEO

Otuz ildir axtarışda olan mafiya lideri Matteo Messina Denaro həbs edilib. 

 

Posta.az xarici mediaya istinadən bildirir ki, “Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri olan Denaro Siciliyanın Palermo şəhərindəki “La Maddalena” özəl klinikasında ələ keçirilib. 

 

60 yaşlı Messina Denaro 1993-cü ildən bəri gizlənirdi. İtaliyanın ən çox axtarışda olan mafiya başçısının 50-yə yaxın qətllə əlaqəsi olduğu bildirilir. O, qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

 

Kiçik bir qəbiristanlığı dolduracaq qədər adam öldürən Denaronun cinayətləri arasında prokurorlar Covanni Falkon və Paolo Borsellinonun qətli, Florensiya, Roma və Milanda törədilən silsilə partlayışlar var. 

 

Mafiya başçısının saxlanması ilə bağlı İtaliyada insanlar küçələrə çıxaraq sevinc içində polisi alqışlayıblar. Ölkənin Baş naziri Giorgia Meloni isə Denaronun həbsini dövlət üçün “böyük qələbə” adlandırıb.